İMTAHAN QAYDALARI
I. Sakitlik və Hörmət
İmtahanda sakitliyə riayət etməklə özünüzə və ətrafınızdakılara hörmət edə bildiyinizi göstərmiş olarsınız.
II. Tələbələrin Bilməli Olduqları
- Yazılı imtahan müddəti 2 saat, test imtahanları isə 1 saat yarımdır.
- 2 vərəqdən artıq vərəq verilməyəcək (magistrlara 3 vərəq).
- Bilet və ya cavab kağızında işarələr, nöqtə, quş qoymaq olmaz!
- Praktiki biletlərin üzərində işləmək lazımdır.
- Hesablama olan fənnlərdən başqa fənnlərə qaralama verilmir!
- Telefonlar (tam söndürüb), qulaqcıqlar və konspektlər təhvil verilməlidir.
- Bilet sualları imtahan vərəqinin ilk səhifəsinə yazılmalıdır.
III. İmtahan Davranış Qaydaları
- Köçürmək, telefondan və qulaqcıqdan istifadə, başqasının cavabına baxmaq, bilet dəyişdirmək olmaz.
- Fərqli rəngli qələmlərdən istifadə olmaz. (Yalnız göy qələm istifadə edilməlidir)
- Yalnız titul vərəqində kod, ad, soyad qeyd edilməlidir.
- Eyni fənn üzrə tələbələr yan-yana əyləşməməlidir.
IV. Xəbərdarlıqlar
- Gecikən tələbələr imtahana buraxılmır.
- Vacib ehtiyac olmadan otaqdan çıxmağa icazə yoxdur; çıxan tələbə geri qayıda bilməz.
- İmtahan işində hər hansı simvolik işarə, tanıdıcı əlamət aşkarlanarsa həmin iş ləğv olunur.
- Nəzarətçinin tələblərinə sözsüz əməl edilməlidir.
- Qaydanı pozan tələbə imtahandan kənarlaşdırılır və apelyasiya hüququ yoxdur.
İmtahan qərargahı