Birbank (Kapital Bank) filial terminalları vasitəsilə ödəniş ardıcıllığı

Yalnız 25% ödənişləri üçün (Təkrar imtahan)
📢

ELAN

Hörmətli tələbələr, 25% ödənişlərin düzgün aparılması üçün aşağıdakı məqamlara diqqət etməyiniz xahiş olunur:

  1. Ödəniş vaxtı: (09.04.2026 – 17.04.2026). Terminalların bəzilərinin bank daxilində yerləşdiyini nəzərə alaraq ödənişlərin iş günlərində edilməsi tövsiyyə olunur.
  2. Ödəniş məbləği: fakültələr tərəfindən elan olunmuş məbləğ (təhsil aldığınız ixtisas üzrə 1 kredit vahidinin dəyərinin müraciət etdiyiniz fənnin kreditinə hasilinin 25%-i miqdarında).
  3. Ödəniş üsulu: Birbankın (Kapital Bank) istənilən filiallarındakı terminalları vasitəsilə.
  4. Ödənişdən sonra: ödənişi təsdiq edən sənədin (qəbz) surəti ilə birgə fakültənizə yaxınlaşıb ərizə yazaraq müraciətinizi təsdiq edin.

Ödəniş hesablaması

Məbləğ = (1 kredit vahidinin dəyəri) × (fənnin kredit sayı) × 25%

qeyd: ödəməli olduğunuz məbləğ qeydiyyat zamanı mail vasitəsilə sizə cavab məktubunda qeyd olunur.

Əsas məlumatlar

CİF / VÖEN
1500008331
Hesab nömrəsi
40060019441100326111
Filial
Nəsimi filialı
Təyinat formatı
FİN KOD/AD SOYAD ATA ADI/25 FAİZ

Ödəniş ardıcıllığı (addım-addım)

Şəkilləri tam ekranda görmək və ya yükləmək üçün üzərinə klikləyin
1

“Bank xidmətlərini seçin” bölməsinə daxil olun

Monitorda Birbank (Kapital Bank) qeyd olunan hissədə “Bank xidmətlərini seçin” bölümünə daxil olursunuz.

Addım 1
2

“Cari hesabın artırılması” bölümünə keçid edin

Addım 2
3

“Müştəri növünü seçin” → “Hüquqi şəxslər”

Addım 3
4

FİN və VÖEN məlumatlarını daxil edin

  • “Ödəyicinin FİN kodu” hissəsində Ş/V-nin FİNİ-ni yazın
  • “CİF və ya VÖEN” hissəsində 1500008331 qeyd edin
Addım 4
5

Filial seçin → “Nəsimi filialı” → “İRƏLİ”

Addım 5
6

Hesab nömrəsini seçin → “İRƏLİ”

“40060019441100326111” hesab nömrəsini seçin.

Addım 6
7

Təyinat kateqoriyası → “DİGƏR ƏSAS”

Addım 7
8

Təyinat hissəsini ardıcıllıqla doldurun

Aşağıdakı format üzrə daxil edin və “İRƏLİ” düyməsini vurun:

Format
FİN KOD/AD SOYAD ATA ADI/25 FAİZ
Addım 8
9

Məlumatları yoxlayın və ödənişi tamamlayın

Məlumatların təsdiqi səhifəsində düzgünlüyü yoxlayın və “NAĞD PUL VƏ QALIQ ŞİFRƏ ÖDƏNİŞİ” düyməsini seçin. Ödənişi etdikdən sonra qəbzi götürməyi unutmayın.

Addım 9
10

Diqqət

Ödəniş zamanı məlumatların düzgün yazılmaması hallarında məbləğin təsdiqlənməsi və uçotu çətinləşir. Buna görə bütün tələbələrdən ödəniş qaydalarına əməl etmələri xahiş olunur. Ödəniş yerinə yetirilərkən edilmiş səhvə görə tələbə məsuliyyət daşıyır. Qeyd olunan ödəniş üsulu yalnız 25% ödənişləri üçün keçərlidir.

Diqqət

Son addım

Ödənişdən sonra qəbzin surəti ilə birlikdə fakültənizə yaxınlaşıb ərizə yazaraq müraciətinizi təsdiq edin.