Tələbə platforması
yenilənir
Bakı Avrasiya Universitetində tələbələrə göstərilən rəqəmsal xidmətlərin daha təkmil və funksional mühitdə təqdim olunması məqsədilə tələbə platformasının yenilənməsi həyata keçirilir. İndiyədək əsas xidmətlərin tələbəyönümlü vahid pəncərə prinsipi əsasında təqdimində istifadə olunan baau.info platforması bu sahədə öz funksiyasını yerinə yetirmişdir. Keçid prosesi planlaşdırıldığı şəkildə tamamlandıqdan sonra tələbələrin baau.digitaledu.az platformasından istifadə etməsi nəzərdə tutulur.
Daha vahid və funksional mühit
Tələbələr üçün elektron xidmətlərin strukturlaşdırılmış və genişləndirilmiş formada təqdim olunması nəzərdə tutulur.
- Əsas tələbə xidmətlərinin vahid menyu altında cəmlənməsi
- Akademik və inzibati bölmələrə daha sistemli çıxış imkanı
- Dərs, imtahan, material və qiymətləndirmə üzrə əlavə istifadə rahatlığı
- Keçid dövründə rəsmi məlumatların bu səhifə vasitəsilə çatdırılması
- Fərdi plan
- Dərs cədvəli
- İmtahan cədvəli
- Tələbə məlumatları
- Ödənişlər
- Elanlar və qeydiyyat
- Nəticələr
- Fərdi plan
- Dərs cədvəli
- İmtahan cədvəli
- Tələbə məlumatları
- Ödənişlər və mühasibatlıq
- Elanlar və qeydiyyat
- Nəticələr
- Jurnal və davamiyyət izləmə
- Kitabxana resursları və materiallar
- Test və ev işi modulları
- Müzakirə və məmnunluq sorğuları
- Vahid naviqasiya strukturu
İnternet brauzeri vasitəsilə baau.digitaledu.az/login ünvanına daxil olun.
İstifadəçi adı və şifrə məlumatlarını Qeydiyyat başlığına daxil olduqdan sonra “digitaledu.az hesabınıza dair məlumatlarınız” yarımbaşlıqlı bölmədən əldə edə bilərsiniz. Şifrə məxfi məlumat olduğuna görə onun digər şəxslərlə paylaşılmaması vacibdir.
Profil açıldıqdan sonra sol menyu vasitəsilə akademik və inzibati bölmələrdən istifadə edin.
Mənim profilim və fərdi tədris planı bölmələri vasitəsilə əsas akademik məlumatlara çıxış imkanı.
İmtahanlar, kollokviumlar və akademik borc barədə məlumatların izlənməsi üçün ayrıca bölmələr.
Qiymətlər, dərslər, müəllim materialları və əlaqəli fəaliyyətlər üzrə geniş istifadə imkanı.
Dərs cədvəlləri, mühasibatlıq məlumatları və əlaqəli tələbə xidmətlərinin sistemli təqdimatı.
Kitabxana resursları, dərs materialları və müəllim tərəfindən əlavə olunan fayllara çıxış imkanı.
Test, ev işi və digər rəqəmsal tapşırıq komponentləri üzrə ayrıca bölmələr.
Dərs üzrə müzakirələr, məmnunluq anketi və sorğular kimi qarşılıqlı əlaqə imkanları.
Akademik, inzibati və kommunikasiya yönümlü bölmələrin vahid sol menyu strukturu daxilində təqdim olunması.